"Ötən tədris ilində 2550 müəllim işə götürülüb" - Mehriban Vəliyeva

12:29 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Hesabat dövründə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.

Hafta.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlar arasında şəhid və ya qazi ailələrinin üzvü də var. Həmçinin 113 direktor müavini və 2550 müəllim işə götürülüb.